CEC
Keçmiş sərgilər

Vizual illyuziyalar

2006-cı ildə biz “Vizual illüziyalar” adlı müvəqqəti sərgi açdıq. Bu qalereya dünyanın elm mərkəzlərinin populyar mövzusunda əyləncə elementini təəcüb elementi ilə bir araya gətirməklə, görmə və qavramanın dərk edilmə prosesinə bir pəncərə olmuşdur.

Vizual illyuziyalar

Qədim Misir faktları kafedə

2008 – ci ildə biz kafemizdə “Qədim Misir” mədəniyyətinə aid maraqlı faktlar yerləşdirdik.

Qədim Misir faktları kafedə

Dinozavrlar

2008 – ci ildə biz “Dinozavrlar” adlı müvəqqəti sərgi açdıq. Sərgiyə dinozavrların şəkilləri, faktlar və qısa video film daxil idi.

Dinozavrlar

Arxeologiya sərgisi

XEM- nin təqdim etdiyi bu yeni sərgidə sizi Daş, Mis, Dəmir, Orta əsr və bugünkü dövrümüzü əhatə edən xronoloji lövhə, BTC və CQBK kəmərlərinin marşrutunda tapılan artefaktlar, arxeoloji oyun və biri – birindən maraqlı məlumatlar gözləyir. Arxeologiya haqqında çəkilmiş film də bu sərginin bir hissəsidir. Bu filmdə qədim adət - ənənələr, tarixi hadisələr və onların bu günki günümüzdə öz əksini tapması təsvir olunub. Bundan başqa dünyanın ən qədim insanının haradan tapıldığını, qədim dövrün xəstəlikləri, pəhrizləri, Qız qalası haqqında sirrli faktları öyrənmək istəyirsinizmi? Elə isə sizi “ Qədim tarix boru kəmərləri ilə oyanır” sərgisinə dəvət edirik.

Arxeologiya sərgisi

Kosmik sərgi

Kosmos. Bütün planetləri kənardan seyr edə biləcəyin sonsuzluq. XEM bu hissi sizə yerdə yaşamaq şansı yaradır. Bizim yeni Kosmos sərgimizdə bütün planetlər və göy cisimlərinin görüntüləri və onlar haqda bilmədiyiniz çox maraqlı faktları əldə edə biləcəksiniz. Mərkəzimizə gəlin və göy üzünü yerdə kəşf edin.

Kosmik sərgi